Bəs bunu müstəqil Azərbaycanın futbolu tarixinin ən böyük qələbəsi saymaq olarmı? Sualı Aslan Kərimova ünvanladıq:
“Ən böyük deyə bilmirəm. Ən böyüklərdəndi. 2:0 geridə olan komandanın üç qol vuraraq geridönüş etməsi tarixdə nadir hallarda görünür. Bu anlar həmişə yaddaşlara həkk olunur. “Milan” - “Liverpul” oyununu nümunə göstərə bilərik. Niyə ən böyük qələbə deyə bilmirəm? Çünki milli komanda kimi ilk qələbəmiz var İsveçrə üzərində, bundan başqa, İsveç üzərində 3:0-lıq qələbə var. Ən böyük onlardı, budu - demək çətindi. Çox məqamlar var. Bir az çətinlik çəkirəm. Amma vaciblərdən biridi”.
MÜZƏFFƏR QULUZADƏ