AZ

Şahmatçılarımız Qazaxıstanda dünya çempionatına qatılır

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən dünya çempionatında mübarizə aparacaqlar.

İdman.biz xəbər verir ki, bu gün Almatıda mundialın açılış mərasimi keçiriləcək.

Azərbaycanı turnirdə Fatimə Mirzəliyeva, Nurlan Əzizli, Mehriban Əhmədli, Mələk Əsədli, Atilla Orman, Kənan Babasoy və Əsnad Baxşızadə təmsil edəcəklər.

8, 10 və 12 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında keçiriləcək yarışda 83 ölkədən 785 şahmatçı iştirak edəcək.

Qeyd edək ki, 11 turdan ibarət dünya çempionatı sentyabrın 30-da başa çatacaq.

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr