AZ

Azərbaycan millisi daha iki pillə geriləyib – FIFA reytinqi

Azərbaycan millisi FIFA reytinqində daha iki pillə geriləyib.

“7Times.az” ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığma 1148,09 xalla 124-cü sırada qərarlaşıb.

Komanda DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzub. Bakıda isə Ukrayna ilə heç-heçə edib – 1:1.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1875,37) yer alıb. Fransa (1870,92) ikinci, Argentina (1870,32) üçüncü olub.

Seçilən
33
7
7times.az

8Mənbələr