AZ

BVF: Dövlətlər borclanmanı artırıblar

Beynəlxalq Valyuta Fondunun Qlobal borca haqda yenilənmiş məlumat bazasına əsasən, 2024-cü ildə qlobal miqyasdaborclanma Ümumi Daxili Məhsulun235 faizdən bir qədər çox olub. Buna səbəb son illər bankların özəl sektora vəsait qoyluşunu azaltmaları və dövlətlərin borclanmaya getməklə bu kəsiri kompensasiya etmələri olub.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, ev təsərrüfatlarının öhdəliklərinin azalması və qeyri-maliyyə korporativ borcunun dəyişməsi nəticəsində dövlətlərin əksinə özəl sektorun borcları ÜDM-in 143%-dən aşağı düşüb. Bu2015-ci ildən bəri ən aşağı səviyyədir.

Dollar ifadəsində qlobal borc artaraq 251 trilyon dollara yüksəlib ki, bunun 99,2 trilyonu dövlət sektorunun, 151,8 trilyonu isə özəl sektorun payına düşür.

ABŞ və Çin qlobal borc dinamikasının formalaşmasında hələ də dominant rol oynayıb.

BVF-nin ekspertlərinə görə, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda borc və büdcə kəsiritarixi standartlara görə yüksək səviyyədədir.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən,Azərbaycanda özəl sektorun borcu, o cümlədən kreditlər və borc qiymətli kağızları 2024-cü ilin sonuna ÜDM-in 20,98 faizini, mərkəzi hökumətin dövlət borcu isə ÜDM-in 20,85 faizini təşkil edib.

Dollar ifadəsində isə qlobal borc cüzi artaraq 251 trilyon dollara yüksəlib ki, bunun 99,2 trilyonu dövlət sektorunun, 151,8 trilyonu isə özəl sektorun payına düşür.

Seçilən
20
teleqraf.com

1Mənbələr