Formula 1-də mövsümün növbəti yarışı bu həftə Bakıda baş tutacaq.

Offsideplus.az xəbər verir ki, pilotlar artıq Azərbaycandadır.

Çempionatda hazırda lider olan "Maklaren" pilotu Oskar Piastri medianın önünə çıxıb. O, FİA-nın ənənəvi mətbuat konfrasında sualları cavablandırıb:

O, ilk əvvəl Bakıdakı pist barədə fikirlərini bildirib:

"Bakı yavaş döngələri və uzun düzlük olan xüsusi trekdir. Normal küçə dövrəsi, lakin həmişəkindən daha çox əyləc var. Həftəsonu trek çox yaxşılaşır, lakin burada əyləclərə çox diqqət yetirmək lazımdır".

Daha sonra avstraliyalı pilot Montsada (İtaliya) komanda yoldaşı Lando Norrisə yer verməyi ilə bağlı sualları cavablandırıb:

"Məncə, bilirsiniz, ötən yarışda ləng pit-stopdan əlavə bir amil də var idi – hansı ardıcıllıqla pitə girdiyimiz. Bu da dəyişiklikdə rol oynadı. Ona görə, bu barədə danışmaqda problemim yoxdur, çünki artıq baş verib. Amma digər ssenarilər üçün, yenə də, hər bir vəziyyəti əvvəlcədən planlaşdırmaq olmur. Məncə, biz bu mövzuda eyni fikirdəyik və nəticədə komandanın qərarlarını hörmətlə qarşılayırıq, onlara güvənirik ki, doğru qərar vermək üçün əllərindən gələni edirlər.

Mənim üçün Montsadan ən önəmli dərs odur ki, həmin həftəsonu mənim layiq olduğum yer üçüncülük idi. Mən sürətimə görə ikinci yerə layiq deyildim. Yarışın müəyyən məqamlarında sürətli idim, amma bütün həftəsonu boyu kifayət qədər sürətli deyildim. Nəticədə, mənim əsas çıxardığım nəticə budur və bunu unudub irəliyə fokuslanmağa çalışıram".