Rusiya xarici işlər naziri Sergey Lavrovu BMT Baş Assambleyasına müşayiət edəcək rusiyalı jurnalistlər ölkədə hərəkət məhdudiyyəti qoyulmuş ABŞ vizası alıblar.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, vizalarda Nyu York şəhərinin mərkəzindən 25 mil (40 km) məsafədən çox olmayan məsafədə səyahət etməyə icazə verən bənd var.