AZ

“Fotonu ora yapışdırmaq...”: Paşinyan Ağrı dağından danışdı

“Biz ölkəyə giriş-çıxış zamanı sərhəd möhürlərindən Ağrı dağının təsvirini götürülməsini Ermənistanın dövlətçiliyini, suverenliyini və təhlükəsizliyini gücləndirmək üçün edirik. 

Biz bunu Ermənistanı beynəlxalq məsuliyyətli tərəfdaşa çevirmək məqsədi ilə edirik”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 18-də jurnalistlərlə söhbətində  deyib.

O əmin edib ki, Ermənistanla Türkiyə arasında aparılan danışıqlarda belə məsələlər müzakirə olunmayıb və ola da bilməz. Onun sözlərinə görə, möhürlə bağlı qərar bir neçə ay əvvəl, Türkiyənin Ermənistana münasibətlərin normallaşdırılması üzrə xüsusi elçisinin səfəri ilə bağlı heç bir razılıq əldə olunmadığı zaman verilib. Paşinyan əlavə edib ki, təhlükəsizlik strategiyası nöqteyi-nəzərindən legitimlik amili həlledicidir.

“Biz özümüz Ermənistanın beynəlxalq səviyyədə tanınmış əraziləri və sərhədləri daxilində ərazi bütövlüyünü, suverenliyini və yurisdiksiyasını tanımalıyıq və tanıyırıq. Biz bunu ona görə edirik ki, dövlətimizin uzunömürlülüyünü təmin etmək istəyirik və bunun üçün dövlət üçün düzgün aerodinamika yaratmalıyıq. Biz Ermənistanın beynəlxalq məsuliyyətli tərəfdaş olmasını və beynəlxalq səviyyədə tanınmış normalara uyğun yaşamasını istəyirik. Ermənistan bu məntiqi və legitimlik strategiyasını rəhbər tutur”, - deyə o vurğulayıb.

Baş nazir bu möhürün 2004-cü ildən əvvəl olmadığını xatırladıb:

"Onun olmaması nə demək idi? Bəs bu möhürün görünməsi nə demək idi? Onun yoxluğunun alt mətni və siyasi əhəmiyyəti nə idi, daha sonra onun tətbiqi nə idi? Bu qərarı verən məmurlar nəyi həll etməyə çalışdılar? Bəlkə legitimlik məsələsini həll etdilər.

Qanunvericilik, o cümlədən daxili siyasi legitimlik çox vacibdir. Siz  konstitusiyanın sahibi (xalı nəzərdə tutur-red.) tərəfindən seçilmədiyiniz zaman legitimlik mənbəyi axtarmalı olursunuz. Harasa dağın fotosunu yapışdırırsınız, Ermənistanın hüdudlarından kənara da bu təsəvvürü yayır və ölkədə legitim hakimiyyətin olmamasını ört-basdır edirsiniz. Gələcəkdə bu məsələyə ətraflı toxunacağam”. 

“Əgər biz möhürdə nəyisə ifadə etmək istəyiriksə, bu təsvir Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi ilə əlaqəli olmalıdır. Hazırda mən belə bir ehtiyac görmürəm", - Nikol Paşinyan fikrini yekunlaşdırıb.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr