AZ

Makrondan SENSASİON ADDIM – Arvadının kişi olmadığını fotolarla SÜBUT EDƏCƏK

Fransa Prezidenti Emmanuel Makron ABŞ məhkəməsinə həyat yoldaşı Bricit Makronun qadın olduğunu sübut edən fotoşəkilləri və elmi ekspertiza materiallarını təqdim etməyi planlaşdırır.

Turkustan.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Makron ailəsinin vəkili Tom Klar məlumat verib.

Məhkəməyə müraciət sağçı fəal Kendis Ouensin Bricit Makronun kişi olaraq doğulduğu iddiasına görə edilib. Vəkil Tom Klar bildirib ki, Birinci xanım bu açıqlamaları “son dərəcə məyusedici” hesab edib.

Klar qeyd edib ki, Emmanuel və Bricit məhkəməyə “elmi ekspertiza rəyləri” təqdim etməyə hazırdır. Bu sənədlərə Bricitin hamiləlik dövründə çəkilmiş fotoşəkilləri və uşaqları ilə olan fotoları da daxildir.

Qeyd edək ki, Makron ailəsi iyulun 23-də amerikalı jurnalist və bloqer Kendis Ouensi məhkəməyə verib. O, uydurma, böhtan və əsassız məlumatlar yaymaqda ittiham olunub.

Xatırladaq ki, Ouens Bricit Makronun kişi olduğunu iddia etmişdi./Bizim.Media

Seçilən
8
2
turkustan.az

3Mənbələr