AZ

Erməni kilsəsi indi də Vatikandan kömək istəyir (ŞƏRH)

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ermənistan katolikosu II Qareginin Roma Papası ilə görüşü böyük ehtimalla baş nazir Nikol Paşinyanın onun yerinə yeni namizədi müəyyənləşdirməsilə əlaqədar ciddi narahatlıq keçirməsindən qaynaqlanır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev erməni katolikosu II Qareginin Vatikanda Ropa Papası XIV Levlə görüşünü şərh edərkən deyib. 

"Ona görə də Vatikana edilən bu səfərdə II Qareginin əsas məqsədi Ermənistan hökumətilə heç olmasa barışıq əldə olunması, onu hakimiyyətdən uzaqlaşdırmaması kimi xahiş minnətlə bağlı ola bilər", deyə ekspert bildirib.

Həmsöhbətimiz Vatikanın II Qareginin kim olduğunu daha yaxşı bildiyini nəzərə alaraq, düşünür ki, Papa onun bu xahişini heç bir halda qəbul etməyəcək:

"Əksinə, ona tövsiyə edəcək ki, katolikos  postunu könüllü şəkildə Paşinyanın namizədinə təhvil versin. Belə olarsa, Vatikan bundan sonrakı mərhələdə onun başqa ölkələrdə din xadimi kimi fəaliyyətini davam etdirməyə dəstək olmağa söz verə bilər. Ola bilər ki, görüş fonunda Roma Papası II Qaregini proseslərdən uzaqlaşmağa inandırmağa çalışıb və bu əsasda da ona bundan sonrakı fəaliyyətində dəstək olmaqla bağlı müəyyən vədlər verib".

Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qaregin Vatikanda Roma Papası XIV Lev tərəfindən qəbul edilib. Ermənistanda Paşinyan hökumətilə katolikos arasında uzun müddətdir gərgin münasibətlər hökm sürür. Paşinyan II Qaregini vəzifəsindən uzaqlaşdırmağa çalışır. Bu fonda II Qaregin xeyli müddətdir, xaricdə səfərlərdədir. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
qaynarinfo.az

1Mənbələr