Bu barədə Ukraynanın icmaların və ərazilərin inkişafı nazirinin müavini Sergiy Derkaç özünün "Facebook" hesabındaməlumatverib. O diqqətə çatdırıb ki, Azərbaycan Ukraynaya üçüncü ölkələrdən yükdaşıma üçün əlavə 100 icazə verib. Bu, əsas kvotaya təqribən 20% artım deməkdir.
Bosniya və Herseqovina isə Kiyev üçün qarşılıqlı, tranzit və beynəlxalq daşımalarda əlavə 300 yer ayırıb ki, bu da əvvəlki limitdən 100% çoxdur.
Nazir müavininin sözlərinə görə, yeni kvotalar Ukrayna şirkətlərinə daha çox uçuş həyata keçirməyə, logistik marşrutları möhkətməyə və biznes xətlərini genişləndirməyə imkan verəcək.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta