ain.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ şəhərlərinin küçələrinə yerləşdirilən amerikalı hərbçilərin sayı iyul ayından bəri 75% artaraq, 35 minə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Intercept" nəşri Pentaqona istinadən məlumat yayıb.
Qeyd olunur ki, onlar ölkə daxilində immiqrasiya əleyhinə proqramlarda iştirak edirlər.
ABŞ Prezidenti Donald Trampın qərarından sonra ordu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları Korpusu və Milli Qvardiyanın qoşunları ən azı beş ştatda - Arizona, Kaliforniya, Nyu-Meksiko, Texas və Floridada bir neçə şəhərə yerləşdirilib. Nəşr vurğulayır ki, yerləşdirilən qoşunların faktiki sayı qat-qat çox ola bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.