AZ

Şahin İsmayılov: "Qarabağ"ın sayəsində böyük futbol hadisəsinə şahidlik edirik

BAKI, 18 sentyabr. TELEQRAF

"Böyük futbol hadisəsinin nə olduğunu təkcə hiss etmirik, həm də görürük. "Qarabağ" klubu ideal sistem nəticəsində dəfələrlə böyük büdcəyə malik olan komandaları məğlub edib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Şahin İsmayılov deyib.

"Oyunçular gəlir-gedir, amma sistem olduğu kimi qalır. Əminik ki, "Qarabağ" növbəti oyunlarda da yaxşı nəticə göstərərək xallar qazanacaq", - deyə komitə sədri bildirib.

Seçilən
36
teleqraf.com

1Mənbələr