Dünyada nüvə silahından istifadə edə bilən 15 ölkə var.
Herbiand.az bildirir ki, Military Watch Magazine jurnalının müşahidəçiləri belə qənaətə gəliblər.
“Nüvə Silahlarının Yayılmaması Müqaviləsi nüvə silahına malik olmağı yalnız beş ölkə - ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya ilə məhdudlaşdırsa da, bu gün ümumilikdə 15 ölkə ən azı məhdud məlum nüvə zərbəsi qabiliyyətini saxlayır”, - müşahidəçilər bildirib.
Müəlliflər ölkələri nüvə potensialına görə dörd qrupa ayırıblar. Birinci qrupa ABŞ, Rusiya və Çin daxildir, çünki bu dövlətlər tam nüvə triadasına malikdir. İkinci qrupa Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsindən kənarda öz nüvə raketlərini hazırlamış Şimali Koreya, Hindistan, Pakistan və İsrail daxildir.
Üçüncü qrupa nüvə ballistik raketləri ilə silahlanmış sualtı qayıqları olan Böyük Britaniya və Fransa daxildir. Dördüncü qrupa isə Almaniya, Niderland, Türkiyə, Belçika, İtaliya və Belarus daxildir. Bu ölkələrə öz müttəfiqləri nüvə silahı verib.
Müşahidəçilər həmçinin qeyd ediblər ki, ABŞ taktiki nüvə silahı daşımaq üçün stels təyyarələrdən istifadə edən yeganə nüvə dövləti olaraq qalır.
Bəxtiyar CƏFƏRLİ