AZ

Çin müdafiə nazirindən sərt açıqlama: Ya sülh, ya da müharibə ilə olacaq

“Çin Tayvanın müstəqilliyinə icazə verməyəcək, dünya sülh və müharibə arasındadır”.

Teleqraf xəbər verir ki, bunu Çin müdafiə naziri Donq Jun deyib.

Müdafiə naziri Çinin daxili işlərinə qarışmamaq və regional münaqişələr fonunda gərginliyi artırmamaq barədə xəbərdarlıq edib.

“Dünya indi başqa bir yol ayrıcındadır: sülh və ya müharibə, dialoq və ya qarşıdurma”, - Jun vurğulayıb.

Müdafiə naziri Tayvanın Çinin bir hissəsi olduğunu qeyd edib: “Xalq Azadlıq Ordusu birləşməni müdafiə etməyə qadir güclü vasitədir”.

Donq Jun əlavə edib ki, Pekin heç vaxt Tayvanın müstəqillik səylərinin uğurlu olmasına imkan verməyəcək.

“Çin istənilən vaxt istənilən xarici hərbi müdaxilənin qarşısını almağa hazırdır”.

Seçilən
13
3
bakuinfo.net

4Mənbələr