AZ

Bakıda yol polisi gücləndirilmiş rejimdə çalışır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq, sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib.

Doğru.az xəbər verir ki, BDYPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunur. Hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Qurum bütün hərəkət iştirakçılarını qaydalara ciddi əməl etməyə, yol polisi əməkdaşlarının tələblərinə hörmətlə yanaşmağa çağırır və xatırladır ki, bu, hər kəsin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

DOĞRU.AZ

Seçilən
48
8
dogru.az

10Mənbələr