Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 106 layihəyə ümumilikdə 8,4 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
Fond tərəfindən maliyyələşdirilən 8,4 milyon manat güzəştli kreditin 10 faizini kiçik, 30 faizini orta, 60 faizini isə böyük həcmli kreditlər təşkil edib. Kredit məbləğinin 94 faizi regionda yaşayan sahibkarların payına düşüb.
Bu dövrdə maliyyələşdirilən kreditlərin 66 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 12 faizi isə xidmət sahəsində həyata keçirilən layihələrə yönəldilib.
Bu dəstək nəticəsində 92 yeni iş yerinin yaradılması nəzərdə tutulur.