Ermənistanın İranla yeni sərhəd körpüsü gündəmdə qalır və tikiləcək.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
"Bizim İranla tərəfdaşlığımızı dərinləşdirməyə yönəlmiş müvafiq razılaşmalarımız və layihələrimiz var. Bundan başqa, regional kommunikasiyaları açmaqla biz İrana dəmir yolu qazanacağıq ki, bu da çox mühüm logistik marşruta çevriləcək və Ermənistan, İran və Azərbaycanın nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq, çünki dəmir yolu bu ölkələrin hamısından keçəcək", - Paşinyan bildirib.
“Bölgədəki heç bir ölkənin bloklanmamış kommunikasiyalardan faydalanmayacağı bir plan ola bilməz” deyən baş nazir əlavə edib ki, bu, xüsusilə sülh və regional əməkdaşlıq kontekstində problemi çərçivəyə salmaq üçün yanlış yoldur.