AZ

"S-400-lə bağlı mövqeyimiz dəyişməyib"

Türkiyəyə verilən Rusiyanın S-400 zenit-raket kompleksləri Türkiyə ordusunun xidmətində qalır və onlarla bağlı mövqeyində heç bir dəyişiklik olmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.

"S-400 hava hücumundan müdafiə sistemləri ordumuzda xidmətdədir. S-400-lə bağlı mövqeyimiz dəyişməyib", - məlumatda bildirilib.

 Bu, S-400-lərin Türkiyə tərəfindən geri qaytarıla və ya yenidən satıla biləcəyi ilə bağlı daha əvvəl mediada yayılan xəbərlərə departamentin cavabı olub.

Seçilən
23
1
operativmm.az

2Mənbələr