AZ

DTA şimal-qərb regionuna infotur təşkil edib

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli turizm şirkətlərinin nümayəndələri və səyahət blogerləri üçün şimal-qərb regionuna infotur təşkil olunub. 

“İki sahil” xəbər verir ki, infoturun əsas məqsədi qeyd olunan regionda aqroturizm imkanlarının geniş təbliğ olunması, son illərdə bu sahədə aparılan işlərin nümayiş etdirilməsi və yeni yaradılmış müəssisələrin tanıdılmasıdır.

Oğuz, Şəki, Qax və Zaqatala rayonlarını əhatə edən infotur çərçivəsində əsas istirahət-əyləncə mərkəzləri, muzeylər, balıqçılıq, arıçılıq, şərabçılıq və eko-aqro turizm təsərrüfatları, təbii turizmi imkanlarına malik təbiət nümunələri ziyarət olunub.

Səfər iştirakçıları regionun yerli mətbəx nümunələri ilə tanış olublar. 

Tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi və səfər olunan məkanların geniş auditoriyaya çatdırılması, təbliğat işlərinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Seçilən
21
7
ikisahil.az

8Mənbələr