AZ

Dünya dövlətlərinin xeyli hissəsi, büdcədəki kəsiri daxildən və ya xaricdən borclanaraq bağlayırlar

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır. 3 milyard 125.6 milyon manat kəsirin 2 milyard 600.6 milyon manatının (83,2 faiz) borclanma, 400 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125 milyon manatının (4 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.Kəsr üçün borclanma nədir?

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bunlar ümumi rəqəmlərdir və konkret hara, nə qədər xərclənəcəyi detallı şəkildə bilinmir.

Əkrəm Həsənov

“Büdcə və qanun layihəsi çoxdan hazır olmalıdır. Bunu normal ölkələrdə dərk edirlər. Artıq yaz aylarından demək olar ki, hazır olur və dövlət qurumları arasında müzakirəsi gedir. Yəni şəffaf ölkələrdə bu müzakirələr hamı üçün açıq olur. Yalnız bizdə bunu gizli edirlər. Ancaq gələn ay Milli Məclisə təqdim ediləndə biləcəyik ki, detallar nədir. Detalları görmədən aydın şərh vermək olmur. Ümumiyyətlə gözlənilən idi ki, büdcədə kəsir olacaq. Çünki gəlirlərimiz əvvəlki kimi deyil, amma xərclərimiz azalmır”-deyə iqtisadçı qeyd edib.

Əkrəm Həsənov vurğulayıb ki, bu 3 milyard 125,6 milyon manat 38 milyardın fonunda elə də böyük kəsir deyil.

“Dünya dövlətlərinin xeyli hissəsi, büdcədəki kəsirini borclanaraq bağlayırlar. Yəni borc götürürlər, ya xaricdən, ya da daxildən. Belə yolları var. Azərbaycanda Neft Fondu var. Axı, Neft Fondunda da pul var. Yəni Neft Fondundan da götürə bilərik, amma bu da gələcəyin nəsilləri üçündür. Amma aydın məsələdir ki, tədricən oradan da pulları götürməyə başlayacağıq. Onsuz da variant yoxdur. Çünki valyuta gəlirlərimiz də azalacaq. Yalnız neftin qiymətinə görə yox, neft hasilatının həcminə görə hasilat da azalacaq. Digər yol da var. Əlbəttə, bu da inflyasiyadır, yəni Mərkəzi Bank xeyli pul çap edə bilər. Bununla da bağlana bilər. Bu da inflyasiya gətirəcək. Bu fonda qiymət artacaq”-deyən iqtisadçı bildirib ki, hələ bu addımın atılacağı gözlənilmir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
icma.az

1Mənbələr