Rusiyadan tədarük edilən S-400 zenit-raket kompleksləri Türkiyə ordusunun xidmətində qalır və onlarla bağlı mövqedə heç bir dəyişiklik yoxdur.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"S-400 hava hücumundan müdafiə sistemləri ordumuzun xidmətindədir. S-400-lə bağlı mövqeyimiz dəyişməyib", - deyə vurğulanıb.
Belə ki, nazirlik daha əvvəl bəzi KİV-lərdə Türkiyənin S-400-ləri geri qaytara və ya sata biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Daşqın HəsənovMissiya.Az