AZ

Maaşlardan gəlir vergisinin tutulması əmək bazarında nələri dəyişəcək?

"Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən, son 7 il ərzində Azərbaycanda fiziki şəxslər gəlir vergisindən azad edilib. Bu güzəşt 2026-cı ilin yanvarın 1-də başa çatacaq. Güzəşt qeyri-dövlət, yəni özəl eyni zamanda qeyri-neft sektorunda çalışan vətəndaşlara şamil olunurdu. Belə ki, bu şəxslər 14% və ya 25%-lik gəlir vergisini ödəmirdilər və onların əmək haqları vergidən azad edilmişdi".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib:

"Bu il artıq 7-ci ildir ki, bu güzəştlər mövcuddur. Özəl sektorda çalışan işçilər əmək haqlarından gəlir vergisi ödəmirlər. 

Mənim təklifim ondan ibarətdir ki, bu güzəşt müddəti uzadılsın. Əgər müddət uzadılmasa, alternativ olaraq, məsələn, 2%-lik sadələşdirilmiş vergi tətbiq olunsun ki, həm sahibkar, həm də işçilər üçün ciddi yük yaratmasın.

Müddət uzadılarsa, vətəndaşlarımız əmək haqlarından gəlir vergisi ödəməyəcək və güzəşt davam edəcək. Bu isə işçilərin real əmək haqlarının qorunub saxlanılmasına imkan yaradacaq".

Deputat qeyd edib ki, müddətin uzadılmaması işçilərin əmək haqqının azalmasına və əmək bazarında çətinliklərə gətirib çıxara bilər.

Seçilən
44
39
operativmedia.az

10Mənbələr