AZ

Paşinyan: Yeni imkanlardan hər ölkə faydalanacaq

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında dilə gətirib. O söyləyib ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin İranla sərhəddən ölkənin Kacaran şəhərinədək hissəsinin tikintisi də sürətlə aparılmaqdadır. "İranla tərəfdaşlığımızın genişləndirilməsi istiqamətində müvafiq sazişlərimiz və layihələrimiz var. Eyni zamanda, regional kommunikasiyaların açılması nəticəsində İrana dəmir yolu çəkəcəyik. Bu yol çox mühüm logistik marşruta çevriləcək, Ermənistan, İran və Azərbaycanın nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq", – Baş nazir vurğulayıb.

Paşinyan: "Çinlə sıx tərəfdaşlığımız yaranıb"

Hökumət başçısının sözlərinə görə, regiondakı bütün ölkələr sözügedən imkanlardan fayda götürəcək. Xatırladaq ki, Ermənistan hökuməti İranla sərhəddəki Meğri keçid məntəqəsinin modernləşdirilməsinə başlayıb. Layihənin gələn il başa çatdırılması planlaşdırılırsa da, işin hələlik yalnız 10%-i tamamlanıb. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azvision.az

2Mənbələr