İspaniya millisinin və “Barselona”nın sabiq forvardı Pako Alkaser karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Fatih Karagümrük” 32 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalamaq istəyir.
Alkaser daha əvvəl “Valensiya”, “Xetafe”, “Barselona”, “Borussiya Dortmund”, “Vilyarreal”, “Şarjah” və “Emireyts”də çıxış edib.
Qeyd edək ki, onun əvvəllər “Qarabağ”a da təklif olunduğu deyilirdi.