Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında söyləyib. O vurğulayıb ki, Çin Prezidenti Si Tsinpinlə görüşün yekununda imzalanmış strateji tərəfdaşlıq sazişin bu baxımdan böyük əhəmiyyətə malikdir. "Bu tərəfdaşlıq xüsusilə iqtisadi sahədə əlaqələrin inkişafına təkan verir. Əlbəttə, ölkələrimiz arasında məsafə və nəqliyyatla əlaqədar aşkar məhdudiyyətlər var, ancaq əminəm ki, regional infrastrukturun formalaşması ("Tramp yolu"nu nəzərdə tutur – red.) bu problemi aradan qaldıra biləcək", – Nikol Paşinyan deyib. Baş nazir diqqətə çatdırıb ki, hazırda Ermənistanın iqtisadi sahədə prioritetlərindən biri yerli məhsulların Çin bazarına dəmir yolu ilə daşınmasını reallaşdırmaqdır. Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.