AZ

Trampın təyyarəsi sərnişin təyyarəsi ilə qəzadan qurtuldu KİV

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

16 sentyabrda Nyu-York səmasında narahatedici hadisə baş verib: ABŞ prezidenti Donald Trampın təyyarəsi sərnişin reysi ilə az qala toqquşacaqdı.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, prezidentin olduğu “Boeing 747” təyyarəsi hava məkanını “Spirit Airlines”a məxsus, Fort-Loderdeyldən Bostona uçan təyyarə ilə eyni vaxtda keçib.

Hər iki təyyarə Lonq-Aylend üzərində olarkən, dispetçer onların hündürlüyünün demək olar ki, eyni olduğunu və uçuş trayektoriyalarının kəsişə biləcəyini müəyyən edib. “Spirit” aviaşirkətinin pilotlarına kursu dəyişmək barədə xəbərdarlıq edilib.

Qeyd olunur ki, təyyarələr arasında kifayət qədər məsafə olsa da və təhlükəsizlik məsafələri pozulmasa da, bu hadisə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
lent.az

1Mənbələr