AZ

Sərhədi qanunsuz keçməyə cəhd edən kişilərlə bağlı məlumatlar Ərazi Komplektləşdirmə Mərkəzinə ötürülür - Ukrayna DSX

Ukrayna Dövlət Sərhəd Xidməti sərhədi qanunsuz keçməyə cəhd edən kişilərlə bağlı məlumatları Ərazi Komplektləşdirmə Mərkəzinə və Sosial Dəstək Mərkəzlərinə ötürür.

Herbiand.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi üçün podkastda məlumat verib.

O, bildirib ki, qanunu pozan şəxslər saxlanılacaq, daha sonra isə onların hər biri üzrə səfərbərlikdən potensial yayınma halları ilə bağlı araşdırma aparılacaq: “Onlar inzibati məsuliyyətlə üzləşəcəklər. Eyni zamanda, biz Ərazi komplektləşdirmə mərkəzininin əməkdaşlarına məlumat veririk ki, həmin şəxsin səfərbərlikdən yayınıb-yayınmadığını və ya hərbi qeydiyyat məlumatlarının aktual olub-olmadığını yoxlasınlar”.

O, əlavə edib ki, Dövlət Sərhəd Xidməti saxlanılan sərhəd pozucularının aradan qaldırılması üçün digər dövlət qurumları ilə hərtərəfli işləyir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
36
herbiand.az

1Mənbələr