AZ

Babək rayonunda oğurluq edən qadın saxlanılıb -FOTO

Babək rayonunda yerləşən evlərin birindən 45000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

 Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
 Babək rayonunda oğurluq edən qadın saxlanılıb (FOTO)

Seçilən
11
34
7news.az

10Mənbələr