AZ

2025-ci ilin avqustu Avropada son on ilin ən quraq ayı olub

2025-ci ilin avqustu Avropa və Aralıq dənizi regionunda son on il ərzində ən quraq ay kimi qeydə alınıb. Bu barədə Avropa Quraqlıq Rəsədxanası (EDO) Agence France-Presse-ə istinadla məlumat yayıb.

Regionun 53%-i quraqlıqdan əziyyət çəkib – bu, 2012–2024-cü illərin avqust ayları üzrə orta göstəricidən (30,1%) 23 faiz bəndi yüksəkdir.

Əvvəlki rekord 2025-ci ilin maya aiddir – həmin vaxt ərazilərin 52%-i quraqlığa məruz qalmışdı.

Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, monitorinq torpaq rütubəti, yağıntı səviyyəsi və bitki örtüyünün vəziyyətini qiymətləndirməklə aparılır.

2024-cü ilin avqustunda bu göstərici 36% olmuşdu.

2025-ci ildə isə bütün aylar üzrə quraqlıq səviyyəsi müvafiq dövrlərin ortalamasından əhəmiyyətli dərəcədə yüksək olub.

Şərqi Avropa və Balkanlarda vəziyyət xüsusilə ağır olub. Bolqarıstan, Serbiya və Şimali Makedoniyada quraqlıq ərazilərin 90%-dən çoxunu əhatə edib.

Portuqaliyada torpaqların 70%-i avqustda quraqlıqdan təsirlənib — bu, iyulda sadəcə 5% idi.

Fransanın isə 66%-i nəm çatışmazlığı ilə üzləşib.

Gülnar 

Seçilən
7
anews.az

1Mənbələr