BAKI, 18 sentyabr. TELEQRAF
Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilir.
Teleqraf xəbər verir ki, iclasın gündəliyinə Gənclər və idman komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabat daxil edilib.
Bu günki iclasda həmçinin Gənclər və idman komitəsinin 2025-ci il payız sessiyası üçün iş planı layihəsi də müzakirəyə çıxarılıb.