AZ

Fransada sərt iqtisadi tədbirlərə qarşı etirazlar: Onlarla saxlanılan var

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bu gün Fransada hökumətə qarşı aksiyalar başlayıb.

Oxu.Az-ın RMC radiostansiyasına istinadla məlumatına görə, etirazlar hökumətin sərt iqtisadi tədbirlərinə qarşı ümummilli tətil çərçivəsində təşkil olunub.

Aksiyalar zamanı nümayişçilərlə polis arasında qarşıdurma baş verib, azı 30 nəfər saxlanılıb. Toqquşmalar, xüsusilə Tuluzada, Brestdə və Marseldə müşahidə edilib. Polis gözyaşardıcı qazdan istifadə edib, nümayişçilər isə tüstü bombaları ilə cavab veriblər.

Hakimiyyət orqanları bütün ölkə üzrə nümayişlərdə təxminən 900 min nəfərin iştirak edəcəyini proqnozlaşdırır.

Fransa Daxili İşlər Nazirliyi asayişi təmin etmək üçün 80 mindən çox polis və jandarmı, həmçinin zirehli texnika və pilotsuz uçuş aparatlarını cəlb edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
oxu.az

2Mənbələr