AZ

Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində  seçicilərlə görüşüb

Sentyabrın 18-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının inzibatı binasında seçicilərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin  müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı qurumlara yönləndirilib

Müraciət edənlər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər, hər  belə qəbul və görüşlərin Prezident  İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.

Seçilən
22
3
ikisahil.az

4Mənbələr