AZ

BVF: Qlobal borcun dünya ÜDM nə nisbəti 235% i keçib

ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Valyuta Fondu (IMF, BVF) bildirib ki, özəl sektor kreditlərindəki azalmanın dövlət borclanmasındakı artım hesabına kompensasiya olunması nəticəsində ümumi borc ötən il cüzi dəyişərək dünya Ümumi Daxili Məhsulunun (ÜDM) 235 faizindən yuxarı səviyyədə qalıb.

Marja xəbər verir ki, IMF-in 17 sentyabr 2025-ci il tarixli bloq yazısında vurğulanır ki, qlobal borc sabitləşməsinə baxmayaraq yüksək səviyyədə qalmaqdadır. 

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Məlumatda bildirilir ki, ABŞ dolları ilə ifadədə ümumi borc cüzi artaraq 251 trilyon dollara, dövlət borcu isə 99,2 trilyon dollara çatıb.

IMF qeyd edib ki, ABŞ və Çin qlobal borc dinamikalarına hələ də əsas təsir göstərən ölkələr olaraq qalır. Lakin həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə borc və büdcə kəsiri səviyyələri tarixi göstəricilərlə müqayisədə hələ də yüksək və narahatedici olaraq qiymətləndirilir.

Fond hökumətlərə tövsiyə edir ki, dövlət borcunun azaldılması üçün etibarlı ortamüddətli plan çərçivəsində mərhələli maliyyə tənzimləmələrinə üstünlük versinlər. Bununla yanaşı, iqtisadi artımı stimullaşdıran və qeyri-müəyyənliyi azaldan mühitin yaradılmasının həm dövlət borcunun yüngülləşməsinə, həm də özəl sektor investisiyalarının təşviqinə yardım edəcəyi vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
1
marja.az

2Mənbələr