AZ

Azərbaycanın portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 947,4 milyon dollar artıb

2025-ci ilin ilk 6 ayında portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 947,4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 24,9 milyon dollar azalıb.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, aktivlərdə artım əsasən dövlət (19,3 milyon dollar), banklar (739,9 milyon dollar) və digər sektorlar (206,9 milyon dollar) hesabına baş verib. Eyni zamanda, kapitalda iştiraka təminat verən qiymətli kağızların həcmi 18,7 milyon dollar azalıb.

Öhdəliklər isə əsasən kapitalda iştiraka təminat verən qiymətli kağızlar (1,0 min dollar) və digər sektorlar (6,0 milyon dollar) hesabına artıb, dövlət sektorunun öhdəlikləri isə 30,9 milyon dollar azalıb.

Fuad Mədətov
Finss.az

Seçilən
4
fins.az

1Mənbələr