Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov bəyan edib ki, Rusiya ordusu Ukraynada “faktiki olaraq bütün istiqamətlərdə irəliləyir”. O, Pokrovsk yaxınlığında ən qızğın döyüşləri misal çəkib və əmin edib ki, Moskva Donetsk vilayətinin şərqində, eləcə də Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərində irəliləyiş əldə edir. Lakin bu hərbi hesabatlar Kreml üçün sadəcə gurultulu bəyanatlardır.
Herbiand.az bildirir ki, bu barədə Reuters yazıb.
“Ən şiddətli döyüşlər Krasnoarmeysk istiqamətində gedir, burada düşmən bizim irəliləyişimizi dayandırmağa uğursuz çalışır”, - Qerasimov Pokrovskun sovet adından istifadə edərək bildirib.
O, həmçinin iddia edir ki, Ukrayna Silahlı Qüvvələri ən döyüş qabiliyyətinə malik bölmələrini bu ərazidə cəmləşdirir. Bu isə cəbhənin digər bölmələrində rusların irəliləməsinə kömək edir.
Bəxtiyar CƏFƏRLİ