“Bu məsələ ilə bağlı (Söhbət Azərbaycanda mühakimə olunan separatçılardan gedir – red.) hələ ki, dəqiq nəticə yoxdur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 18-də jurnalistlərlə söhbətində deyib.
O, əmin edib ki, Ermənistan hakimiyyəti məsələnin həlli, onların qaytarılması üçün hər gün işləyir. “Mən əlavə heç nə deyə bilmərəm, o cümlədən məsələnin həssaslığına görə”, - Paşinyan əlavə edib.