AZ

Kişi geyimində evdən oğurluq edən şəxs saxlanıldı - FOTO

Babək rayonunda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Babək rayonunda yerləşən evlərin birindən 45000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsinin  əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Mustafayeva Ayşən  müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Seçilən
94
34
news24.az

10Mənbələr