AZ

"Əxlaqsızlıq üstündə tutmuşdular, deyib ki, Qorxmazın bacısıyam"

Əməkdar artist Qorxmaz Əlilicanzadə soyadını dəyişməsi barədə danışıb.

Milli.Az xəbər verir ki, sözügedn mövzu ən həssa yeri olan aktyor gileyini dilə gətirib.

"O vaxt məqalə çıxmışdı ki, nə zamana kimi soyadlarımız "Zadə" olacaq? Cəfər Cabbarlı ilə atamın arasında danışıq olub ki, familiyamızı dəyişək. Axıra Li əlavə etdilər. O soyadı ilk dəfə onlar götürmüşdü. Biz savad sahibi olduqdan sonra gördük ki, Li və Lı ancaq məkana aid olar. Atam familiyasına görə 37-ci il zülmünü yaşayıb. O vaxt bütün elanlarda, kinoda Əlili gedirdi necə dəyişərdi? Özü fəxr edirdi ki, familyasından bir dənədir. Mən də fəxrlə daşımışam, adını uca etmişəm. Atamı 50 min adam tanıyırdısa, məni 50 milyon tanıyır.

Soy, gil - bu familiyalar düzgün deyil. O vaxt evlər tikirdilər, istiqamət mənasını verir. Bir qızı əxlaqsızlıq üstündə tutmuşdular. Gömrükdən keçəndə soruşablar ki, Qorxmazın nəyisən? Deyib ki, bacısıyam. Tutulmuşdu, xeyri olmamışdı. Bütün qəzetlər yazdı ki, Qorxmazın bacısı tutulub. Daha sonra səhnəyə bir oğlan çıxdı dedi ki, Əlilidi. İncəsənətdə eyni familiya pis şeydir, qəbulolunmazdır və yazılmamış qanundur. Bir dəfə qayınanam avtobusda gəlirdi, o vaxt qəzetlər satırdlar. Xəbər çıxmışdı ki, Qorxmaz arvadını öldürdü. O qadının yerində olun... Digər familiyalarda problem olmur. Ancaq Əlili Sənani Osmanlı Qafqazada bir nəsildir. Ona görə Əlilicanzadə etdirdim ki o vaxt konsertlərdə düz təqdim etmirdilər. İlham Namiq Kamalı 50 il İlham Əhmədov kimi tanımışıq. Ona görə canm sözünü saldım ki düzgün səsləndirsinlər".

Musa
Milli.Az

Seçilən
52
4
milli.az

6Mənbələr