AZ

Azərbaycan və Monqolustan kənd təsərrüfatı üzrə birgə işçi qrupu yarada bilər

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan və Monqolustan kənd təsərrüfatı üzrə birgə işçi qrupunun yaradılmasını müzakirə edib.

Bakıvaxtı.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Məcnun Məmmədovun Monqolustanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşündə aparılıb.

M. Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, ölkələr etimada, qarşılıqlı hörmətə və davamlı inkişafa əsaslanan əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

Nazir qeyd edib ki, bu baxımdan kənd təsərrüfatı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Monqolustan ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.

Səfir Qombosuren Munxbayar ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
6
bakivaxti.az

5Mənbələr