AZ

Əfqanıstanda internet qadağan edildi


Əfqanıstanın Ali Lideri Heybətullah Axundzadə ölkə daxilində fiber-optik internet və Wi-Fi-ı qadağan etmək qərarına gəlib.
Yeniavaz.com  
xəbər verir ki, bu barədə “Afghanistan International” (AI) nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, artıq Əfqanıstanın 34 əyalətindən 10-da internet mövcud deyil.
Nəşrin yazdığına görə, ali liderlə görüşmək üçün Kabildən gələn hökumət nümayəndə heyəti arasında aparılan danışıqlar da nəticəsiz başa çatıb.
Mənbələrin bildirdiyinə görə, Axundzadə sırf dövlət qurumları və diplomatik nümayəndəliklərin internetə çıxışını təmin edəcək yeni şirkətin yaradılmasına göstəriş verib.
Seçilən
10
5
yeniavaz.com

6Mənbələr