AZ

“Neftçi” 8000 manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, Premyer Liqanın IV turunda qeydə alınan neqativ hallara baxılıb.

“Karvan-Yevlax”la oyunda heyətində 4 nəfər sarı vərəqə alan “Şamaxı” 700 manat cərimələnib.

“Sabah”la görüşün 45+2-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığından, “ağ-qaralar” 3000 manat cərimələnib. Azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilən “Neftçi” daha 5000 manat cərimə olunub.

Seçilən
16
msport.az

1Mənbələr