AZ

DİM-də ingilis dili müəllimləri TKT imtahanı təşkil ediləcək

Bakı, 18 sentyabr, AZƏRTAC

Noyabrın 22-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov 50) TKT imtahanı təşkil olunacaq.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1,2,3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.

DİM, həmçinin Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

İmtahana qeydiyyat üçün linkə daxil olmaq lazımdır.

Əlavə məlumat üçün [email protected]  ünvanına yazmaq olar.

Seçilən
20
5
azertag.az

10Mənbələr