AZ

Əfv Komissiyası ilə İnsan Hüquqları Komitəsinin birgə işinə zərurət var NAQİF HƏMZƏYEV

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Hesab edirəm ki, Milli Məclisin İnsan Hüquqları Komitəsi ilə Prezident Yanında Əfv Məsələləri Komisiyasının birgə iclası kecirilməlidir. Buna zərurət var çünki, millət vəkilləri hər gün məhbus ailələrindən, məhbusların özlərindən çoxsaylı müraciətlər alır “.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev İnsan Hüquqları Komitəsinin iclasında deyib.

Deputatın sözlərinə görə, əfvlə bağlı onlara edilən müraciətlərə lazimi cavablar verə bilmirlər:” Hesab edirəm ki, Əfv Komissiyasıyla insan hüquqları komitəsinin birgə görüşü formatında bəzi detalları müzakirə edə bilərik. Çunki birgə iş birliyinə ehtiyac var. Depuatalar komisiya üzvlərilə əfv müraciətlərini müzakirə edə bilərlər və millət vəkillərində dolğun detallı cavab olanda bunu seçiçilərinə izahlı şəkildə verə bilərlər. Ancaq bizim işimiz daxil olan məktubları Əfv Komisiyasına göndərməkdən ibarət olub. Hesab edirəm ki, bu format dəyişməlidir”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr