FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Operativ Media xəbər verir ki, Azərbaycan millisinin də mövqeyi bəlli olub.
Ötən müddətdə DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya (0:5) məğlub olan və Ukrayna (1:1) ilə heç-heçə edən yığmamız sentyabrın reytinqinə əsasən 2 pillə geriləyib. Komandamız hazırda 1148,09 xalla 124-cü yerdə qərarlaşıb.
FIFA reytinqində İspaniya (1875,37) liderliyə yüksəlib. Argentina 2 pillə geriləyərək 3-cü yerə düşüb. Fransa isə 2-ci sıradadır.