FİFA sentyabr ayı reytinqini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:5 uduzan, Ukrayna ilə 1:1 heç-heçə edən Azərbaycan millisi 1148,09 xalla 122-ci pillədən 124-cü pilləyə düşüb.
Azərbaycanın yaxın izləyicisi Zimbabve (1133,75), bir pillə yuxarıda isə Malayziyadır (1148,23). Reytinqdə İspaniya 1875,37 xalla liderdir.