AZ

Zakir Həsənov 12-ci Pekin Syanşan Forumunun açılış mərasimində iştirak edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çinin milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, sentyabrın 18-də müdafiə naziri “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Forum çərçivəsində general-polkovnik Z.Həsənov çinli həmkarı admiral D.Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 19-dək davam edəcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

4bb5ba3afaf7b2e85b603b52c7d42728

37c8d12a04a7a4d268e066a48f0b0e7f

2aac21539543b8eb9de1dbc79ff1c3bc

14759e9f451d049310859407000d7688

Seçilən
6
28
poliqon.az

10Mənbələr