AZ

“Üzeyir bəy olmasaydı, Azərbaycan xalqının mədəniyyət səviyyəsi indiki qədər olmazdı” Xalq artisti

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. 

Hazırda bəziləri düşünür ki, gənclər klassik musiqidən uzaqlaşır və daha çox müasir janrlara maraq göstərirlər. Müasir gəncliyin daha çox pop, rep və elektron musiqiyə maraq göstərməsi bəzən klassik irsdən uzaqlaşma təəssüratı yaradır.  

Xalq artisti, drijor Yalçın Adıgözəlov AZXEBER.COM-a fikirlərini bölüşüb. 

O bildirib ki, Azərbaycan klassik musiqisinin banisi, dahi Üzeyir bəyin 140 illiyini bu gün qeyd edirik: 

"140 il bundan əvvəl Tanrı Azərbaycan xalqına möcüzə bəxş edib. Üzeyir bəy təkcə musiqidə deyil, eyni zamanda Azərbaycan xalqının mənəviyyatında və mədəniyyətində sağlam təməl qoyan şəxsdir. Onun dünyaya gəlməsi xalqımız üçün böyük xoşbəxtlikdir. Çünki Üzeyir bəy qısa yaşadığı ömrü ilə əlindən gələn qədər millətimizə qulluq göstərib. Üzeyir bəy olmasaydı, Azərbaycan xalqının mədəniyyət səviyyəsi indiki qədər olmazdı. Biz hamımız onun övladlarıyıq”.

Xalq artisti vurğulayıb ki, ən böyük sevinc hissi isə Milli Musiqi Gününü Üzeyir bəyin vətənində – Qarabağda qeyd etməyimizdir:

"Milli Musiqi Gününü rəsmi dövlət günü elan edən Ulu Öndər Heydər Əliyev bilirdi ki, illər ötəcək, nəsillər dəyişəcək, amma Üzeyir musiqisi və mədəniyyəti yaşayacaq. Elə bir azərbaycanlı yoxdur ki, Üzeyir bəyin musiqisini eşidəndə qəlbi titrəməsin”. 

Y.Adıgözəlov deyib ki, klassik musiqidən uzaq düşən gənc nəsil xoşagəlməz "ara musiqilərə” qulaq asırlarsa, onlar bizə lazım deyil:

"Çünki mən həmin səsləri musiqi hesab etmirəm. Bizə Üzeyir bəyin musiqi irsinin və xalq mədəniyyətinin qədrini bilən gənc nəsil lazımdır. Hər şey ailə tərbiyəsindən gəlir. Kim evdə hansı mühitlə böyüyürsə, sonda ona qovuşur.”

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azxeber.com

1Mənbələr