AZ

Çempionlar Liqası: "Qarabağ"ın pley-off şansı nə qədərdir?

UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən komandaların növbəti raunda vəsiqə şansları araşdırılıb.

İdman.biz Spor24.az-a istinadən xəbər verirki, Azərbaycan çempionu "Qarabağ"ın pley-offa yüksəlmək ehtimalı artıb.

Buna komandanın I turda Portuqaliyada "Benfika"ya qalib gəlməsi (3:2) səbəb olub. "Köhlən atlar"ın ilk "8-lik"yə düşmək şansı 1 faiz, "24-lük"də olma ehtimalı isə 34 faiz olaraq göstərilib.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr