AZ

Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbuledib.

Trend xəbər verir ki, Marta Kos Ermənistanla Azərbaycan arasındamünasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsiistiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizinbaşçısına təbriklərini çatdırdı. Qonaq dedi ki, Avropa İttifaqıregionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə vəAzərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinədəstəyini bundan sonra da davam etdirəcək.

Komissar Marta Kos Avropa İttifaqı ilə Azərbaycan arasındaenerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçininnəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçünböyük perspektivlərin olduğunu vurğuladı.

Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqıŞurasının Prezidenti Antonio Koşta və Avropa KomissiyasınınPrezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqlaxatırladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək,Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması üçünsəylərini bundan sonra da davam etdirəcəyini vurğuladı. Regiondanəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanlarınolduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmişərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlıAzərbaycanın intensiv işlər gördüyünü qeyd etdi. Bu xüsusdaZəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətinivurğuladı.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyətoxunan dövlətimizin başçısı Azərbaycan qazının hazırda Avropanın10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixracolunduğu dedi və ixrac coğrafiyasının genişləndiyini qeyd etdi.

Görüşdə Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələnyüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğubildirildi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi aparıldı.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Seçilən
7
36
az.trend.az

9Mənbələr