AZ

“20sentyabr Dövlət Suverenliyi Günü”həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir

17 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Samux  rayon təşkilatının, Samux rayon İcra Hakimiyyətinin  və  Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsi  Samux rayon  Mərkəzləşmiş  Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “20 Sentyabr  Dövlət Suverenliyi Günü”nə  həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən  YAP  Samux rayon təşkilatının sədri Gündüz Bayramov Cənab  Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixdə  imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini vurğulayıb. Bu Sərəncamın Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyünün və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirdiyini bildirib.  

 G.Bayramov  2023-cü il sentyabrın 19-da  Qarabağda  törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılan antiterror tədbirlərindən söz açıb.  

 Sədr həmçinin qeyd edib ki, Dövlət Suverenliyi Günü – sadəcə yeni bir tarix deyil, Azərbaycan xalqının suverenliyə doğru tarixi yürüşünün yekun zirvəsidir. Bu gün, həm keçmişə ehtiram, həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir. Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətçilik ideologiyası, xalq-iqtidar birliyi və müstəqil siyasi xətt bu suverenliyin möhkəm dayaqlarıdır. 20 sentyabr – Dövlət Suverenliyi Günü artıq bu dayaqların təqvimə həkk olunmuş təntənəsidir. Bu gün, Azərbaycan xalqının öz dövlətinə sahib çıxmasının, onun müstəqilliyini qorumasının və daha da möhkəmləndirməsinin təcəssümüdür.

Qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı  suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. 

Daha sonra tədbirdə  Samux rayon İcra Hakimiyyəti Başçısının   müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsi  Samux rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktor vəzifəsini icra edən Telli Nəsibova və partiya fəalı Elnarə İmamquliyeva  çıxış edərək qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu ,  20 Sentyabr  tarixinin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsinin qürurunu yaşadığını  qeyd bildiriblər. Çıxışlarda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğu da diqqətə çatdırılıb.

Seçilən
7
1
yeniazerbaycan.com

2Mənbələr